Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pezeşkian: İranın atəşkəs qərarı milli birliyin nəticəsidir

2 dəq
Paylaş:
Pezeşkian: İranın atəşkəs qərarı milli birliyin nəticəsidir

İran Prezidenti Məsud ölkədə elan edilən çərçivəsinin milli maraqlar, ləyaqət və müdriklik prinsiplərinə əsaslandığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, Pezeşkian İslam İnqilabının Lideri Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təsdiqlənən atəşkəsin İran hökumətinin əsas strukturları arasında razılıqla qəbul olunduğunu vurğulayıb.

Prezidentin sözlərinə görə, ilkin atəşkəs ABŞ tərəfindən İranın təqdim etdiyi çərçivənin qəbul edilməsindən sonra verilib və bu addım ərazi bütövlüyünün qorunmasına yönəlib.

Pezeşkian qeyd edib ki, atəşkəs İran xalqının birliyi və milli hüquqlar uğrunda davamlı dəstəyinin nəticəsidir. O, ABŞ və İsraillə bağlı olaraq, İranın “güc tənliyini dəyişdirdiyini” iddia edib.

həmçinin bildirib ki, İran müharibə deyil, sülh tərəfdarıdır və ölkə yalnız müdafiə xarakterli cavab verir.

O, atəşkəsin zəiflik deyil, milli maraqların qorunması və əldə olunan nəticələrin möhkəmləndirilməsi məqsədi daşıdığını vurğulayıb.

Pezeşkian əlavə edib ki, İran regional ölkələrlə münaqişə istəmir, əksinə qarşılıqlı hörmət, və ədalətli sülhü dəstəkləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax