Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Məsud Pezeşkian İrana mal idxalında Azərbaycanın imkanlarından yararlanmağı tapşırıb

2 dəq
Paylaş:
Məsud Pezeşkian İrana mal idxalında Azərbaycanın imkanlarından yararlanmağı tapşırıb

İran Prezidenti Məsud hökumət üzvləri və Mərkəzi Bankın rəhbərliyi ilə keçirdiyi müşavirədə ölkənin ehtiyac duyduğu malların idxalı ilə bağlı yeni tapşırıqlar verib. İRNA agentliyinə istinadən yayılan məlumata görə, qonşu dövlətlərin, xüsusilə , Pakistan və Rusiyanın imkanlarının bu istiqamətdə daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə aşağıdakı məqamlar xüsusi qeyd olunub:

  • Ölkənin şimal limanlarının potensialının tam gücü ilə işə salınması və ticarət dəhlizlərinin inkişaf etdirilməsi;
  • Zəruri malların və dərman vasitələrinin tədarükü prosesində yarana biləcək maneələrin aradan qaldırılması üçün regional tərəfdaşlarla birbaşa məsləhətləşmələrin aparılması;
  • Mövcud sazişlərin icrasının sürətləndirilməsi.

İqtisadiyyat nazirinin təqdim etdiyi hesabatda bildirilib ki, cənub keçid məntəqələrindəki məhdudiyyətləri nəzərə alaraq, quru sərhəd məntəqələri və alternativ marşrutları vasitəsilə idxal prosesinin sadələşdirilməsi və həcminin artırılması istiqamətində artıq müəyyən addımlar atılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax