Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb

2 dəq
Paylaş:
Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb

İran Prezidenti Məsud hökumətə qonşu ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından ölkəyə bir sıra zəruri malların idxalı üçün istifadə etməyi tapşırıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in İRNA-ya istinadən məlumatına görə, Pezeşkian bu tapşırığı nazirlər və İran Mərkəzi Bankının rəhbəri ilə keçirdiyi müşavirənin yekunları əsasında verib.

" ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, ticarət dəhlizlərinin inkişaf etdirilməsinin, bəzi zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən , Pakistan və Rusiyanın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Ölkə lideri bu sahədə müvafiq sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinə çağırıb", - məlumatda qeyd olunub.

M.Pezeşkian vurğulayıb ki, o, zərurət yarandığı halda malların və dərman vasitələrinin tədarükü və daşınması qarşısındakı mümkün maneələrin tez aradan qaldırılması üçün şəxsən qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla məsləhətləşəcək.

Müşavirədə bəzi cənub keçid məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla əsas malların, dərmanların və ölkə üçün zəruri olan resursların idxalı ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

İqtisadiyyat nazirinin hesabatına əsasən, qonşu ölkələrlə aparılan məsləhətləşmələr nəticəsində malların idxalının sadələşdirilməsi, eləcə də artırılması üçün quru sərhəd məntəqələrinin və alternativ marşrutlarının əhəmiyyətli hissəsinin imkanları aktivləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax