İran Prezidenti Məsud Pezeşkian müharibədən zərər çəkmiş ərazilərdə yenidənqurma işlərinin sürətləndirilməsinə çağırış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumata görə, prezident qubernatorlara müraciət edərək mövcud səlahiyyətlərindən istifadə etməklə bərpa prosesini sürətləndirməyi tapşırıb.
Bildirilib ki, Məsud Pezeşkian yenidənqurma işlərini nəzərdən keçirmək məqsədilə Hörmüzqan, Buşəhr, İsfahan və Qum vilayətlərinin rəhbərləri ilə ayrıca görüşlər keçirib.
Qeyd olunub ki, o, hökumət resurslarının səfərbər edilməsini, inzibati maneələrin azaldılmasını və zərərçəkən əhali üçün hədəflənmiş dəstək paketlərinin tətbiqini vacib sayıb.