“Qan tökməklə heç bir yerə varmaq olmaz!”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
“Azərbaycan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Misir, Oman, Qətər, Pakistan və digər ölkələrin rəhbərlərinin təşəbbüsləri təqdirəlayiqdir. Regionun problemlərini özümüz sülh şəraitində həll edə bilərik. Bizim hər hansı kənar ”himayədara" ehtiyacımız yoxdur".
Nəqliyyat infrastrukturunun inkişafına toxunan Pezeşkian, regional dəhlizlərin təhlükəsizlik və rifah üçün həlledici rol oynadığını bildirib:
“Yolların açılması regionun kollektiv təhlükəsizliyini gücləndirəcək. Dövlətlərin iqtisadiyyatları qarşılıqlı şəkildə inkişaf edəcək. Regionda sabitlik və hüzur mühiti bərqərar olacaq”.
İran lideri ölkəsinə investisiya yatırmaq istəyən iş adamlarına lazımi dəstəyin veriləcəyini bəyan edib.
O, iqtisadi əməkdaşlıqda "qazan-qazan" formulunun əsas prinsip olacağını diqqətə çatdırıb.