"İran heç bir gücə boyun əyməyəcək".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, şəxsi rahatlıq və dünyəvi maraqlar naminə ölkənin şərəfini qurban verməyəcək.
Pezeşkian deyib ki, İranın düşmənləri raketlər, bombalar və təyyarələrlə ölkəni təslim olmağa məcbur edə bilməz. :
"Düşmən buna ehtiyac duymadan qarışıqlıq yaradaraq və birliyi pozaraq cəmiyyəti parçalaya bilər. Boyun əyməyəcəyik. Heç bir şəkildə heç bir gücə təslim olmayacağam. Ölkənin şərəfini rahatlığımız və dünyəvi maraqlarımız naminə qurban verməyəcəyik. Ancaq ölkəni ağılla idarə etməliyik”.
Pezeşkian danışıqlara qarşı səsləndirilən bəzi fikirlərə də münasibət bildirib:
“Danışıqlar aparmayacağıq" şüarının heç bir mənası yoxdur. Danışıq aparmayıb nə etməliyik? Biz ləyaqətimizlə danışıqlar aparırıq. Haqqımız var, məntiqimiz var, sübutlarımız var. Ölkəmizin hüquqlarını qətiyyətlə müdafiə edə bilərik və xalqımızın dəstəyi ilə onların hüquqlarını qoruyacağıq”.
İran prezidenti əlavə edib ki, məntiqli danışmaq və məntiqli cavab vermək şüarlarla mümkün deyil, bunun yalnız praktik fəaliyyətlə mümkün olduğunu vurğulayıb.
Pezeşkian sonda qeyd edib: “Dəqiq olan budur ki, biz bütün varlığımızla xalqımıza və ölkəmizə xidmət edirik. Lazım gələrsə, canımız bahasına belə, xarici qüvvələr qarşısında ləyaqətimizi qoruyacaq, danışıqlar aparacaq və əziz xalqımızın hüquqlarını müdafiə edəcəyik.”