Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pezeşkian: Ayətullah Xameneinin ideyaları xalqın yaddaşında əbədi qalacaq

2 dəq
Paylaş:
Pezeşkian: Ayətullah Xameneinin ideyaları xalqın yaddaşında əbədi qalacaq

İran Prezidenti Xameneinin vida və dəfn mərasimləri ərəfəsində xalqa müraciət edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimləri ərəfəsində xalqa müraciət ünvanlayıb.

Məlumata görə, çıxışında mərhum liderin adının və ideyalarının İran xalqının tarixi yaddaşında əbədi qalacağını bildirib. O qeyd edib ki, bu günlərdə xalq bir daha öz liderinin ideallarına və yoluna sadiqliyini nümayiş etdirəcək.

Pezeşkian vurğulayıb ki, Ayətullah Xameneinin ömrü boyu müdafiə etdiyi müstəqillik və müqavimət ideyaları xalqın iradəsi ilə davam etdiriləcək və bu “bayraq” heç vaxt yerə düşməyəcək.

həmçinin hazırkı dövrü İran tarixində mühüm mərhələlərdən biri kimi dəyərləndirib, Xameneini müqavimət hərəkatının simvolu və yorulmaz mücahid kimi xarakterizə edib.

Sonda Prezident bildirib ki, mərhum liderin ideoloji irsi təkcə İran xalqı deyil, həm də dünya üzrə azadlıqsevər insanlar tərəfindən yadda saxlanacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax