İranın yeni lideri ayətullah Müctəba Xameneinin müalicə üçün Moskvaya gəlməsi barədə xəbərlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə münasibət bildirmək istəməyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb.
"Biz bu cür xəbərləri heç bir şəkildə şərh etmirik", - deyə Dmitri Peskov jurnalistlərin sualına cavabında bildirib.
Qeyd edək ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.