Yens Stoltenberqin NATO-nun baş katibi postunda Hollandiyanın baş naziri Mark Rutte ilə əvəzlənməsi çətin ki, alyansın Rusiyaya qarşı ümumi xəttində nəyisə dəyişsin.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu seçki çətin ki, ABŞ-ın birbaşa rəhbərliyi altında strateji təzyiq məqsədi ilə Şimali Atlantika Alyansı kimi birgə çalışan NATO və onun üzvlərinin ümumi xəttində nəyisə dəyişsin”,- deyə Peskov bildirib.
Kreml rəsmisi onu da vurğulayıb ki, NATO hazırda Rusiya üçün düşmən ittifaqıdır.