Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Qərara əsasən, Təsnifatda yeni ixtisaslar əlavə olunub. Onlar aşağıdakılardır:
- "Tədbirlərin planlaşdırılması və təşkili", "Satış və marketinq" və "Satınalmaların
təşkili",
- "Mexatronika" və "İstehsalata rəqəmsal nəzarət sistemləri";
- "Rəqəmsal məzmun idarəçiliyi" və "3D rəqəmsal oyun dizayneri",
- "Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik".
- "Geodeziya və kartoqrafiya".
- "Qida emalı texnologiyaları",
- "Rəqəmsal inşaat üzrə mütəxəssis",
- "Elektrik sayğacları texniki".