Operativ Məlumat Mərkəzi

Peruda musiqiçiləri daşıyan avtobus dərəyə aşıb, doqquz nəfər ölüb

1 dəq
Paylaş:
Peruda musiqiçiləri daşıyan avtobus dərəyə aşıb, doqquz nəfər ölüb
bu barədə “RPP” radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, avtobusda olan xalq orkestrinin musiqiçiləri Limaya konsert vermək üçün gedirlərmiş....

Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdən dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “RPP” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, avtobusda olan xalq orkestrinin musiqiçiləri Limaya konsert vermək üçün gedirlərmiş.

Ümumilikdə avtobusda 20 musiqiçi olub, onlardan 8-i ölüb, daha 12-si yaralanıb. Qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini digər avtomobillə toqquşmadan yayındırmağa çalışıb.

Nəticədə idarəetmədən çıxan avtobus dərəyə aşıb. Qəzada həmçinin sürücü də ölüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər