Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdə uçuruma çırpılması nəticəsində 9 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RPP radiostansiyası bildirib.
Avtobusun içində bir qrup xalq musiqiçiləri var idi. Radiostansiyanın məlumatına görə, qrup konsert vermək üçün ölkənin paytaxtı Limaya gedirmiş. Avtobusda ümumilikdə 20 musiqiçi olub, onlardan 8-i ölüb, 11-i yaralanıb.