Peruda arxeoloji qazıntılar zamanı yaşı 3000 ildən çox olduğu təxmin edilən mumiya tapılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 3000 ildən çox tarixi olduğu düşünülən mumiya, paytaxt Limanın Rimak vadisindəki arxeoloji sahədə davam edən qazıntılar zamanı aşkar edilib.
San Markos Mayor Milli Universitetinin arxeoloq tələbələri mumiyanın yerli pambıqdan hazırlanmış dəfn paketinə bükülmüş halda tapıldığını bildiriblər.