Əsas məzmuna keç

Pensiyalara 1,9 milyard manat ayrıldı

Pensiyalara 1,9 milyard manat ayrıldı

ƏƏSMN rüblük hesabatı yaydı: Pensiyalar 9,3% indeksləşdirildikdən sonra orta aylıq məbləğ 632 manata çatdı. Bəs elektron təyinatda hansı yeniliklər var? Oxuyun.

en ru

Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz (187 mln. manat) çox olmaqla 1 mlrd. 955 mln. manat vəsait yönəldilib.

Bu baradə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.

Həmçinin yanvar-mart ayları ərzində 11 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 190 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Pensiya

Noyabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron Hələ elan olunmayıb · adətən 6–14
  2. Naxçıvan MR 6 noyabr · Bu gün
  3. Digər bölgələr Hələ elan olunmayıb · adətən 11–23
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…