Operativ Məlumat Mərkəzi

Paytaxtda sürücüyə qarşı quldurluq edilib

1 dəq
Paylaş:
Paytaxtda sürücüyə qarşı quldurluq edilib
Bakıda sürücüyə qarşı quldurluq edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib....

Bakıda sürücüyə qarşı quldurluq edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər