Operativ Məlumat Mərkəzi

Paytaxtda marketdən 11 200 manatlıq oğurluq olub

1 dəq
Paylaş:
Paytaxtda marketdən 11 200 manatlıq oğurluq olub
Bakıda marketdən 11 200 manatlıq oğurluq olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat...

Bakıda marketdən 11 200 manatlıq oğurluq olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11 200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər