Paytaxtda bir neçə məşhur restoranın sahibi cərimələnib

Paytaxtda bir neçə məşhur restoranın sahibi cərimələnib
16.03.2023 09:24
Aa
dəq

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Planet", "Xarı Bülbül", "Ay işığı", "Su səsi" və "Manisa Palace" restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərinə bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.

Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nazarət tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu