Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ölkəyə işgüzar səfərə gələn Ermənistan hökumətinin başçısı Nikol Paşinyan arasında görüş başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təkbətək görüş Paşinyanın rəsmi qarşılanma mərasimindən sonra başlayıb.
Daha sonra geniş tərkibdə danışıqlar aparılacaq, bundan sonra isə tərəflərin mətbuata bəyanatlarla çıxışı gözlənilir.