Türkiyənin ikitərəfli dialoqda konkret addımlar atmağa hazır olmasını alqışlayıram.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə məlumat verib.
Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesində simvolik addımlar atmağa hazır olması barədə səsləndirdiyi fikirləri alqışladığını bildirib.
“Daha da artıq deyim: ikitərəfli dialoqumuz səviyyəsində artıq elə bir məqam yetişib ki, simvolik, hətta simvolik olmayan, konkret addımlar atılmalıdır və mən ümid edirəm ki, bu addımlar atılacaq”, — o qeyd edib.