Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Vnukovo hava limanında Paşinyanı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qarşılayıb.
Paşinyan bugün Moskvada keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Rusiyaya səfər edib.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bununla bağlı instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, Paşinyan bu gün Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqı ölkələrinin hökumət başçılarının görüşündə iştirak edəcək.