Operativ Məlumat Mərkəzi

Paşinyan II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün koordinasiya şurası yaradıb

1 dəq
Paylaş:
Paşinyan II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün koordinasiya şurası yaradıb
bu barədə Paşinyan özünün “Telegram” kanalında paylaşım edib.Şuranın qəbul etdiyi sənəddə kilsədə islahatların təşviqi, hazırkı kilsə başçısının...

Ermənistanın Baş naziri Nikol Paşinyan hazırkı katolikosa müxalif olan 10 yepiskopla birlikdə erməni kilsəsinin yenilənməsi üzrə koordinasiya şurasının yaradıldığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Paşinyan özünün “Telegram” kanalında paylaşım edib.

Şuranın qəbul etdiyi sənəddə kilsədə islahatların təşviqi, hazırkı kilsə başçısının vəzifədən uzaqlaşdırılması, katolikosun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və bütün ermənilərin Katolikosunun müəyyən olunmuş qaydada seçilməsi nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər