Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır  - YENİLƏNİB
08.10.2024 19:45
Aa
dəq

Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.

***

Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın rəsmi mövqeyidir.

Bildirilir ki, o, razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb.

Həftənin ən çox oxunanları

"Beynəlxalq münasibətlərdə sanksiya siyasətinə yer yoxdur"

DAVAMIN OXU davamın oxu

Prezident rəsmi qəbulda iştirak edib

Prezident rəsmi qəbulda iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Moskvada məhdud tərkibdə iclasda iştirak edib - YENİLƏNİB

İlham Əliyev Moskvada məhdud tərkibdə iclasda iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

Prezident: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir
DAVAMIN OXU davamın oxu