Daha əvvəl koronavirusa yoluxmuş Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) bu gün keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Əvvəlcə liderlər öz nümayəndə heyətləri olmadan görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin üzvləri onlara geniş tərkibdə iclas keçirəcəklər. İlk tədbirdə prezident Putinin açılış nitqi mətbuata açıqlanacaq. Ermənistanın baş naziri Paşinyanın videobağlantı vasitəsilə iştirak edəcəyi gözlənilir.
Genişləndirilmiş görüş bağlı qapılar arxasında baş tutacaq.
Peskov vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqının (AİB) gündəliyində çoxlu məsələlər var.