Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ildə baş verən 44 günlük müharibə vaxtı ordusunun xeyli itiki verdiyi etiraf edib və bunun səbəblərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.
Hökumət başçısı qeyd edib ki, ən ciddi problem silahlı qüvvələrin fəaliyyəti ilə bağlı idi:
“Ordumuzun hərəkətlərində problem var idi. Bizim itkilərimizin böyük hissəsi məhz mövqe dəyişikliyi zamanı baş verirdi”.
N. Paşinyan həmçinin əlavə ki, Ermənistan ordusunda mobillik yox idi.