Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan: Ermənistanın Avropa İttifaqına inteqrasiya qərarı dəyişməzdir

2 dəq
Paylaş:
Paşinyan: Ermənistanın Avropa İttifaqına inteqrasiya qərarı dəyişməzdir

Ermənistanın ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük üçün başladığı hüquqi prosesdən geri çəkilməyəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Paşinyan keçirdiyi brifinqdə açıqlama verib.

qeyd edib ki, Aİ-yə inteqrasiya istiqamətində atılan addımlar təkcə parlamentin deyil, həm də vətəndaş cəmiyyətinin iradəsini əks etdirir.

Paşinyan bəzi tərəfdaşların prosesin dayandırılması və qəbul edilən qanunun ləğvi ilə bağlı çağırışlarını rədd edib. Onun sözlərinə görə, bu addım Ermənistanın xarici siyasətdə ciddi uğurlar qazanmasına kömək edib.

Xatırladaq ki, parlamenti 2025-ci ilin martında Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Aprel ayında isə Vaaqn Xaçaturyan sənədi təsdiqləyib.

Qərar regionda geniş müzakirələrə səbəb olub. Rusiya prezidenti Vladimir Putin Ermənistanın Aİ və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olduğunu bildirib.

2026-cı ilin mayında Astanada keçirilən Aİİ sammitində quruma üzv ölkələrin liderləri Ermənistanın bu məsələ ilə bağlı referendum keçirməsinin vacibliyini vurğulayıblar.

Rusiya tərəfi Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ölkə iqtisadiyyatının ciddi itkilərlə üzləşə biləcəyi barədə də xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə