Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, hakim "Mülki Müqavilə" partiyasının parlamentdə çoxluğu təmin edəcəyini və yeni hökuməti formalaşdıracağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, 2025-ci ilin büdcə müzakirələri üçün parlamentə gələrkən çıxışı zamanı danışıb.
Paşinyan iyunun 7-də keçirilən səsverməni erməni xalqının dövlətçiliyin, müstəqilliyin və sülhün müdafiəsi istiqamətində atdığı addım kimi qiymətləndirib.
Baş nazir seçkilərin nəticələrini "müharibə partiyası" adlandırdığı siyasi qüvvələrin məğlubiyyəti kimi xarakterizə edib. O, yaxın aylarda bu mövzunun daha ətraflı müzakirə olunacağını vurğulayıb.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, seçkilərdə iştirak edən 16 partiya və iki blok arasında səsvermə göstəriciləri aşağıdakı kimidir:
- "Mülki Müqavilə" partiyası: 49,81% (727 160 səs)
- "Güclü Ermənistan" bloku: 23,29% (340 062 səs)
- "Ermənistan" bloku: 9,94% (145 097 səs)
- "Çiçəklənən Ermənistan" partiyası: 4% (58 368 səs)
Qeyd edək ki, ümumilikdə seçkilərdə 1 476 916 nəfər səs verib.