Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan: 2 milyard dollarlıq əmlak dövlətə qaytarılacaq

1 dəq
Paylaş:
Paşinyan: 2 milyard dollarlıq əmlak dövlətə qaytarılacaq

2031-ci ilə qədər Ermənistana 2 milyard dəyərində qanunsuz əmlak qaytarılmalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bunu ölkənin hökumətin iclasında bəyan edib.

"Biz 2026-2031-ci illər ərzində dövlətə təxminən 2 milyard dollar məbləğində qanunsuz əldə edilmiş aktivləri qaytarmağı qarşıya məqsəd qoymuşuq", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, qanunsuz əmlakın (pul vəsaitlərinin, daşınmaz əmlakın) müsadirəsi üzrə hüquqi mexanizmlər tam şəkildə işə düşməyə başladıqca bu cür gözləntilər daha real olur.

Paşinyan qeyd edib ki, təxminən 8 il - 2025-ci ilin sonunadək bu mexanizmlər Konstitusiya Məhkəməsinin müvafiq qərarı və bir sıra digər hüquqi aktlar qəbul olunana qədər formalaşma prosesində olub.

O qeyd edib ki, bu hədəflər hökumətin 2026-2031-ci illər üzrə proqramında da təsbit olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax