"Partizan" "Sabah"a, "Beşiktaş" "Neftçi"yə qarşı

"Partizan" "Sabah"a, "Beşiktaş" "Neftçi"yə qarşı
17.08.2023 09:14
Aa
dəq

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

“Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Sabah” növbəti matçlarına çıxacaqlar.

Hər iki komanda rəqibi ilə səfərdə üz-üzə gələcək. “Neftçi” Türkiyədə “Beşiktaş”ın qonağı olacaq. Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “ağ-qaralar”ın İstanbulda bunun əvəzini çıxmaq şansı o qədər də yüksək deyil.

“Sabah” isə öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşacaq. Murad Musayevin kollektivi avrokuboklardakı debüt mövsümündə daha bir mərhələ adlamağa yaxındır.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

22:00. “Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan)

Baş hakim: Yulian Veynberger (Avstriya)

“Beşiktaş” stadionu, İstanbul

İlk oyun - 3:1

23:00. “Parizan” (Serbiya) - “Sabah” (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski (Polşa)

“Partizan” stadionu, Belqrad

İlk oyun - 0:2

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu