Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat qəbul ediləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bəyanatın hazırlanması üçün parlamentdə komissiya yaradılıb.
Spiker Sahibə Qafarovanın təklifi ilə komissiyanın sədri: deputat Nizami Səfərov, komissiyanın üzləri: deputat Elman Məmmədov, deputat Aqiyə Naxçıvanlı, deputat Tural Gəncəliyev, deputat Razi Nurullayev təyin olunub. Təklif dəstəklənib və komissiya öz işinə başlayıb.