Operativ Məlumat Mərkəzi

Paris Olimpiadasında azərbaycanlı güləşçilər QARŞILAŞACAQ

1 dəq
Paylaş:
Paris Olimpiadasında azərbaycanlı güləşçilər QARŞILAŞACAQ
bu, Ukraynanı təmsil edən digər azərbaycanlı güləşçi Pərviz Nəsibov olacaq. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq. Xatırladaq ki,...

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Ukraynanı təmsil edən digər azərbaycanlı güləşçi Pərviz Nəsibov olacaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq.

Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər