Əsas məzmuna keç

Paris - 2024: Böyük Britaniya Rusiyaya qarşı çıxdı

Paris - 2024: Böyük Britaniya Rusiyaya qarşı çıxdı

Böyük rusiyalı idmançıların 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşıdır.

"Operativ Məlumat Mərkəzi - OMM" "Sky News"a istinadən xəbər verir ki, bu barədə Krallığın baş naziri Rişi Sunakın rəsmi nümayəndəsi məlumat verib.

O, Böyük Britaniyanı məsələ ilə bağlı mövqeyinin bəlli olduğunu deyib:

"Bizim və bir çox ölkənin aydın mövqeyi var. Eyni səslə danışmağa davam etməliyik və bunu Beynəlxalq Olimpiya Komitəsinə çatdırmalıyıq".

Paris-2024 Yay iyulun 26-dan avqustun 11-dək təşkil ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…