Paris-2024: Azərbaycan medal sıralamasında 18-ci pillədə qərarlaşıb

Paris-2024: Azərbaycan medal sıralamasında 18-ci pillədə qərarlaşıb
03.08.2024 09:09
Aa
dəq

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

Qardaş ölkə Türkiyə və Ukrayna 40-cı (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 21-ci sıradadır.

İlk "üçlük"də Çin (13 qızıl, 9 gümüş, 9 bürünc), Fransa (11 qızıl, 12 gümüş, 13 bürünc) və Avstraliya (11 qızıl, 6 gümüş, 5 bürünc) yer alıb.

Hələlik 50 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Həftənin ən çox oxunanları

Azərbaycan basketbol klubu növbəti transferləri reallaşdırıb

Azərbaycan basketbol klubu növbəti transferləri reallaşdırıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanı "Oil Capital Cup" turnirində təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı
DAVAMIN OXU davamın oxu

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb
DAVAMIN OXU davamın oxu

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ
DAVAMIN OXU davamın oxu

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar
DAVAMIN OXU davamın oxu