Papua – Yeni Qvineyanın şərq sahilində 5,2 maqnitudalı zəlzələ olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstraliyanın Geoloji Bürosu məlumat yayıb.
Belə ki, yeraltı təkanların episentri əhalisi 100 min olan Lae şəhərindən 100 km cənub-qərbdə olub. Seysmohadisənin ocağı 60 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.