Operativ Məlumat Mərkəzi

Pakistanın şimal-qərbində güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 23 nəfər yaralanıb

1 dəq
Paylaş:
Pakistanın şimal-qərbində güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 23 nəfər yaralanıb
bu barədə Pakistanın rəsmi xəbər agentliyi olan "Associated Press of Pakistan" (APP) məlumat verib. Açıqlamada 3 gündür davam edən şiddətli yağışlarda...

Pakistan Regional Fəlakət İdarəetmə Təşkilatının (PDMA) açıqlamasında, bəzi bölgələrdə yağan güclü yağış səbəbiylə 116 ev zərər görüb, bəzi yollar nəqliyyata bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistanın rəsmi xəbər agentliyi olan "Associated Press of Pakistan" (APP) məlumat verib.

Açıqlamada 3 gündür davam edən şiddətli yağışlarda 5-i uşaq olmaqla 17 nəfərin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilib.

Leysan yağışlardan zərər çəkənlərə kömək etmək üçün təcili yardım qruplarının sahədə olduğu bildirilib və qəzalı yollarda təmir işlərinə başlanıldığı paylaşılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər