Operativ Məlumat Mərkəzi

Pakistanın keçmiş baş naziri İmran Xan həbs edilib

1 dəq
Paylaş:
Pakistanın keçmiş baş naziri İmran Xan həbs edilib
Xanın niyə həbs olunduğu hələ də aydın deyil, ona qarşı 90-dan çox iddia qaldırılıb. Xan mayın 7-də verdiyi açıqlamada ona qarşı sui-qəsdin arxasında baş...

Pakistanın keçmiş baş naziri İmran Xan paytaxt İslamabadda hərbiləşdirilmiş qoşunlar tərəfindən həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Xanın niyə həbs olunduğu hələ də aydın deyil, ona qarşı 90-dan çox iddia qaldırılıb.

Xan mayın 7-də verdiyi açıqlamada ona qarşı sui-qəsdin arxasında baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyatın (İŞİ) rəis müavini general-mayor Faysal Nasirin dayandığına dair iddialarını davam etdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər