Operativ Məlumat Mərkəzi

Pakistanın Baş naziri: Həlak olanların ailələrinə hər cür yardım göstərməyi tapşırmışam

2 dəq
Paylaş:
Pakistanın Baş naziri: Həlak olanların ailələrinə hər cür yardım göstərməyi tapşırmışam
bu barədə o, "X"də yazıb. "İranın Yəzd əyaləti yaxınlığında pakistanlı zəvvarları daşıyan avtobusunun qəzaya uğraması nəticəsində yaşanan insan tələfatı...

İranın Yəzd əyaləti yaxınlığında pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində yaşanan insan tələfatı ilə əlaqədar Pakistanın Baş naziri Şahbaz Şərif ölənlərin ailələrinə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"İranın Yəzd əyaləti yaxınlığında pakistanlı zəvvarları daşıyan avtobusunun qəzaya uğraması nəticəsində yaşanan insan tələfatı bizi dərindən kədərləndi. Bütün fikrim həlak olan şəxslərin ailələri ilədir. Yaralıların tez bir zamanda sağalmasını diləyirəm. Tehrandakı missiyamıza zərərçəkən ailələrə hər cür yardım göstərməyi tapşırmışam",- Baş nazir vurğulayıb.

Qeyd edək ki, İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobus avqustun 20-də axşam saatlarında qəzaya uğrayıb. Avtobus Pakistandan İraqa gedirmiş. Hadisə nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər