Operativ Məlumat Mərkəzi

Pakistanda terror aktı nəticəsində 13 nəfər ölüb

1 dəq
Paylaş:
Pakistanda terror aktı nəticəsində 13 nəfər ölüb
bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb. İnsident Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə...

Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

İnsident Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər