Əsas məzmuna keç

Azərbaycanla Pakistan qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcək

Azərbaycanla Pakistan qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcək

o, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib. Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı "X" sosial şəbəkə...

Baş nazirinin müavini və naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.

Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı "X" hesabındakı paylaşımına görə, söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildiriblər, yüksək səviyyəli təmasların intensivləşdiyini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…