Pakistan Xarici İşlər Nazirliyi (XİN) "CBS News"un İran təyyarələrinin Nur-Xan aviabazasında yerləşdirilməsi barədə dərc etdiyi məlumatı təkzib edərək, onu "yanlış" və "sensasiyalı" adlandırıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Pakistan XİN-in bəyanatına istinadən xəbər verir.
Bildirilib ki, bu cür bəyanatlar regionda sülhün və sabitliyin təmin edilməsi üzrə səyləri pozmağa yönəlib.