Özbəkistan səfiri: "Heydər Əliyev Qafqazda sülhün bərqərar olmasına böyük töhfələr verib"

Özbəkistan səfiri: "Heydər Əliyev Qafqazda sülhün bərqərar olmasına böyük töhfələr verib"
26.09.2023 15:54
Aa
dəq

"Heydər Əliyev Qafqazda sülhün bərqərar olmasına böyük töhfələr verib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Diasporla İş üzrə Dövlət Komitəsi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə baş tutan "Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” tədbir çərçivəsində keçirilən “Heydər Əliyev və Türk Dünyası” adlı panel iclasında deyib.

Diplomat Özbəkistanda Azərbaycanın Ümummilli Liderinə böyük sevginin olmasına da diqqət çəkib: "Daşkənddə yeni açılmış məktəbə Heydər Əliyevin adı verilib. Hətta Özbəkistanda Heydər Əliyev adına küçə də var. Çünki Heydər Əliyevin fəaliyyəti türk dövlətləri arasında əlaqələrin inkişafına yönəlmişdi. Bu gün Xivə-Şuşa, Buxara-Lənkəran, Şəki-Kokand, Bakı-Daşkənd qardaşlaşmış şəhərlər də münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir".

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, bu gün dünyada xaotik vəziyyət yaranıb: "Amma türk dünyası üçün bu vəziyyət həm də yeni fürsətlər deməkdir. Belə ki, tarixdə ilk dəfə olaraq türk dövlətləri könüllü olaraq bir araya gəlir".

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev vurğulayıb ki, Heydər Əliyevin yubileyi münasibətilə Qırğızıstanda bir sıra tədbirlər, konfranslar, milli və diasporlararası konsert proqramları, sərgilər təşkil edilib.

Diplomat uzun illərdir mövcud olan ikitərəfli əlaqələrdən də söz açıb: "Ötən ildən Qırğızıstanla Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".

Daha sonra Diasporla İş üzrə Dövlət Komitənin sədr müavini Vaqif Seyidbəyov, Azərbaycanın sabiq Baş naziri və keçmiş xarici işlər naziri, səfir Həsən Həsənov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək öz fikirlərini bölüşüblər.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu