2024-cü il mayın 10-dan etibarən Şuşaya 1411 nəfər, yəni 377 ailə köçürülüb. Birinci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina istifadəyə verilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O qeyd edib ki, tikintisi davam edən yaşayış kompleksləri mövcuddur. Həmçinin 960 şagird yerlik məktəb istifadəyə verilib.
“Artıq Şuşada Müalicə-Diaqnostika və Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Qızlar Gimnaziyası Məktəbinin də bərpa işləri davam etdirilir”.