Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin 44 əməkdaşı cəzalandırılıb

Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin 44 əməkdaşı cəzalandırılıb
31.01.2024 16:18
Aa
dəq

Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı xidməti uyğunsuzluğa, hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə 44 hərbi qulluqçu cəzalandırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə agentlikdən məlumat verilib

Onlardan 2 gizir, 4 baş çavuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 nəfər hərbi qulluqçusu mükafatlandırılıb, 15 nəfər hərbi qulluqçu Prezidentin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb, 24 nəfər hərbi qulluqçu Türkiyəyə müxtəlif sahələr üzrə kurslara göndərilib.

Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. Ötən il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu