Gürcüstan azərbaycanlılar arasında ilk 4 səyahət istiqamətinə daxil olub.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
2022-ci ildə 1.4 milyondan çox azərbaycanlı xarici ölkələrə səfər edib ki, onların da 8.6 faizi Gürcüstanı seçib.
44 faizlə ilk yerdə Türkiyə, 18 faizlə ikinci yerdə isə Rusiya qərarlaşıb. Əhalinin 15.8 faizi isə digər ölkələrə üz tutub.