Ötən il Azərbaycanda 50,7 min şəxsə əlillik təyin olunub

Ötən il Azərbaycanda 50,7 min şəxsə əlillik təyin olunub
16.01.2024 11:53
Aa
dəq

Ötən il DOST mərkəzlərində 702 min şəxsə xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi 98,1% təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, əlilliyi olan şəxslərə dəstək tədbirləri davam etdirilib.

"Hesabat dövründə 50,7 min şəxsə əlillik təyinatı aparılıb, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib, 91,4 min reabilitasiya vasitəsi təqdim edilib", - nazir müavini bildirib.

A.Əliyevin sözlərinə görə, nazirliyin 13 sosial xidmət müəssisəsi tərəfindən həssas əhali qruplarından olan 2900-dək şəxsə sosial xidmət, 6100 şəxsə səyyar sosial-məişət xidməti göstərilib.

O söyləyib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 180-dən çox benefisiar 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıq və qabiliyyətlərini inkişaf etdirib:

"Ölkənin sosial reyestri olan “e-sosial.az” portalı üzrə istifadəçilərin sayı 1,5 milyona çatıb, hesabat dövründə portal vasitəsi ilə vətəndaşalara 8 milyondan çox xidmət göstərilib. Sosial ödənişlər üzrə 238 min proaktiv təyinat aparılıb, 220 min fərdi hesab açılıb, 400 mindən çox elektron arayış verilib. Ümumilikdə nazirlik üzrə elektron xidmətlərə 18 milyon müraciət qeydə alınıb. Hədəfimiz DOST mərkəzlərinin ölkə üzrə sayını 17-ə çatdırmaqdır".

Nazir müavini onu da əlavə edib ki, həyata keçirilən sosial islahatlar beynəlxalq arenada da yüksək qiymətləndirilib, 2023-cü ildə nazirlik 22 beynəlxalq mükafat və sertifikata layiq görülüb.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu