Operativ Məlumat Mərkəzi

Ötən gün vətəndaşlardan 11 tüfəng götürülüb

1 dəq
Paylaş:
Ötən gün vətəndaşlardan 11 tüfəng götürülüb
Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng təhvil götürüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən...

Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng təhvil götürüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Dekabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Qeyd olunub ki, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd qumbara, 1 ədəd tapança, 1 ədəd patron darağı, 1 tüfəng və 8 ədəd patron aşkar edilərək götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər