Ötən ay 23 aptekdə yoxlama aparılıb

Ötən ay 23 aptekdə yoxlama aparılıb
03.07.2024 19:07
Aa
dəq

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.

Mərkəzdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, iyun ayı ərzində Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə 3 aptek olmaqla, ümumilikdə, 23 aptekdə - 21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb.

Aparılan yoxlamalar nəticəsində 3 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Qeyd edək ki, aptek müəssisəsi barədə hər hansı şikayət və müraciətlə bağlı və ya alınan dərman vasitəsinin keyfiyyəti barədə şübhə yaranarsa, ilkin olaraq apteklərin üzərindəki tanıtma lövhələrində qeyd olunan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 012-596-07-12 nömrəli “qaynar xətt”inə, aem@pharma.az elektron ünvanı və ya www.pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə məlumat verilməsi xahiş olunur.

Həftənin ən çox oxunanları

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu