Əsas məzmuna keç

Osmaniyedəki 651 binadan 476-nın dağıntıları çıxarılıb

Osmaniyedəki 651 binadan 476-nın dağıntıları çıxarılıb

mərkəzli zəlzələlərdə Osmaniyedə 651 binadan 476-da dağıntıların çıxarılması işləri tamamlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, zəlzələlərdə şəhər mərkəzində və rayonlarda 651 bina dağılıb, 1010 nəfər həyatını itirib.

Zəlzələlərdə dağılmış binalardan 476-nın qalıqları axtarış-xilasetmə işləri başa çatdıqdan sonra tamamilə çıxarılıb, 175-də isə işlər davam edir.

Zəlzələlər nəticəsində böyük ziyan görən 500 binanın hamısı nəzarətli şəkildə sökülüb. Bu binalardan 301-də dağıntıların təmizlənməsi işləri başa çatdırılıb, 199-da isə davam etdirilir. Şəhərdə ağır və orta dərəcədə dağıntılı 10 min 226 ev var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…