Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.