Operativ Məlumat Mərkəzi

Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb

1 dəq
Paylaş:
Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb
Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin (DİN)...

Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının (MR) DİN və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonunun Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

E.Tarverdiyev tutularaq istintaqa təhvil verilib.

"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər