Ordu ilə bağlı yalan xəbər yayanlar müəyyən edilib

Ordu ilə bağlı yalan xəbər yayanlar müəyyən edilib
08.04.2024 17:44
Aa
dəq

Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən əsassız məlumatlar, reallığı əks etdirməyən saxta xəbərlər yayımlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyi (MEDİA) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə məlumatında qeyd edilib.

Qeyd olunub ki, DTX tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Əliyev Rəşad Balağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu müəyyən edilmiş, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilmişdir.

"MEDİA və DTX sözügedən əməllərin törədilməsinin ciddi hüquqi məsuliyyətə səbəb olduğuna dair xəbərdarlıq edərək, media subyektlərini və jurnalistləri sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, sosial şəbəkələrdə yayılan, rəsmi mənbələrə söykənməyən əsassız informasiyalara inanmamağa çağırır", - məlumatda vurğulanıb.

Həftənin ən çox oxunanları

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
DAVAMIN OXU davamın oxu

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu